Icma.az bildirir, Avtosfer portalına istinadən.
Antalya bələdiyyəsi COP-31 hazırlıqlarını sürətləndirib.
Avtosfer.az xəbər verir ki, bu məqsədlə ətraf mühitlə bağlı bəzi yeniliklər tətbiq edilir. Bunlardan biri də dəniz sahilləri və və çimərliklərdə siqaret qadağasıdır.
Bələdiyyənin qərarına əsasən, çimərliklər siqaret çəkilməsi qadağan edilən ərazilər siyahısına daxil edilib. İlkin mərhələdə yeni qayda 4 çimərlikdə (Lara, Belek, Çamyuva və
Beach Park) tətbiq edilir. Yaxın vaxtlarda qaydanın bütün Antalya ərazisindəki çimərliklərə şamil ediləcəyi istisna deyil.
COP-31 tədbirləri 9-20 noyabr 2026-cı il tarixlərində Antalya şəhərində keçiriləcək.
Vüqar