Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sakit Okeanın Antarktida sahillərindəki Balleni adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ-nin Geologiya Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə səhər saat 5:38-də qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsinin məlumatına görə, zəlzələnin episentri Antarktida sahillərindən 855 kilometr, Yeni Zelandiyanın Danidin şəhərindən isə 1927 kilometr cənubda yerləşib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin