Antarktikanın möcüzəsi 100 ildən sonra yenidən görünüb

18.04.2025

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Antarktikanın nəhəngi kalamarı və onun balası ilk dəfə kameralara tuş gəlib. ABŞ-nın Şmidt adına Okeanoqrafiya İnstitutunun tədqiqatçıları bildiriblər ki, Antarktikanın möcüzəsi sayılan nəhəngi kalamar, eləcə də onun balası ilk dəfə təbii mühitdə üzə çıxıb.
Reyting.az
xəbər verir ki, dəniz canlısının videogörüntüləri və fotoları institutun elmi saytında paylaşılıb.
Görüntülər, Cənubi Sandviç adalarından 687 metr dərinlikdə uzaqdan, əllə idarə olunan sualtı avtomobil vasitəsilə çəkilib.

Qeyd edək ki, Antarktika nəhəngi kalamarın ilk təsviri 100 il əvvələ təsadüf edib. Bu heyvanın çəkisi təxminən yarım tondur. Kalamar əsasən diametri 27 santimetrə qədər olan nəhəng gözləri ilə seçilir.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью