Anthropic in səhmləri rekord IPO dan sonra 5% ucuzlaşıb

20.11.2026

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Mehin Qasımova,Banco.az

"Anthropic" şirkətinin səhmləri rekord həcmdə – 107,3 milyard dollarlıq ilkin kütləvi təklifdən (IPO) sonra Nasdaq birjasında ticarətin ilk günündə yüksəliş nümayiş etdirsə də, sonradan ucuzlaşıb.

Banco.az xəbər verir ki, şirkətin səhmləri ilk ticarət sessiyasında 17% bahalaşaraq 97,17 dollara çatıb. Lakin birjadan kənar ticarət zamanı qiymətlər təxminən 5% geriləyib.

İlk ticarət gününün sonunda Anthropic-in bazar kapitallaşması təxminən 1,8 trilyon dollar təşkil edib. Bununla da şirkət dünyanın bazar dəyərinə görə yeddinci ən böyük açıq səhmdar cəmiyyətinə çevrilib.

Səhmlərin ucuzlaşmasına şirkətin yüksək bazar qiymətləndirilməsi və süni intellekt sektorunda rəqabətin güclənməsi ilə bağlı narahatlıqların təsir etdiyi bildirilir.

Qeyd edək ki, "Anthropic" səhmlərindəki geriləmə Nasdaq indeksinin 2,2% ucuzlaşdığı və süni intellekt şirkətlərinin səhmlərinə satış təzyiqinin artdığı dövrə təsadüf edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью