Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
Süni intellekt sahəsində fəaliyyət göstərən "Anthropic" şirkətinin illik gəlirinin 2030-cu ilə qədər 505 milyard dollara çatacağı proqnozlaşdırılır.
Banco.az xəbər verir ki, investisiya araşdırmaları şirkəti New Street Research Anthropic səhmləri üzrə “al” tövsiyəsi verərək, 12 aylıq hədəf qiymətini 105 dollar müəyyən edib.
Analitiklərin qiymətləndirməsinə görə, bu göstərici şirkətin gözlənilən 70-78 dollarlıq ilkin kütləvi təklif (IPO) qiymətindən 35-50 faiz yüksəkdir.
Anthropic-in IPO zamanı təxminən 1,4 trilyon dollar bazar kapitallaşmasına çatacağı gözlənilir.
New Street Research həmçinin şirkətin hesablama gücünün 2026-cı ilin sonundakı 5 giqavatdan 2030-cu ilə qədər 30 giqavata yüksələcəyini proqnozlaşdırır. Bu artımın illik İT xərclərini təxminən 314 milyard dollara çatdıracağı bildirilir.