Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Süni intellekt şirkəti “Anthropic” noyabrın 19-da keçirdiyi ilkin kütləvi səhm təklifi (IPO) vasitəsilə 107 milyard dollar vəsait cəlb edib. Şirkətin birjadakı uğurlu debütü investorların böyük marağına səbəb olsa da, qarşıdakı illərdə süni intellekt texnologiyalarının inkişafı və infrastruktur xərcləri üçün əlavə maliyyəyə ehtiyac yarana bilər.
Banco.az “The Economist”ə istinadən xəbər verirki , “Anthropic”in maliyyə ehtiyaclarının əsas səbəbi süni intellekt modellərinin hazırlanması və işlədilməsi üçün tələb olunan hesablama gücünün yüksək qiymətidir. Şirkət 2045-ci ilə qədər hesablama infrastrukturuna 900 milyard dollar xərcləməyi öhdəsinə götürüb. Bu məbləğin təxminən yarısının 2030-cu ilin sonuna qədər sərf olunması nəzərdə tutulur.
Şirkət indiyədək maliyyə ehtiyaclarını qarşılamaq üçün müxtəlif tərəfdaşlıqlardan və maliyyələşdirmə mexanizmlərindən istifadə edib. Məsələn, “Broadcom” və “Blackstone” da daxil olmaqla maliyyə qurumları ilə serverlərin alınması üçün 63 milyard dollarlıq razılaşma əldə edib.
Nəşrin qiymətləndirməsinə görə, “Anthropic” gələcəkdə istiqraz buraxılışı və digər borclanma vasitələrinə də müraciət edə bilər. Bununla belə, şirkətin maliyyə dayanıqlılığı süni intellekt bazarına investor marağının qorunmasından və gəlirlərin artım tempindən asılı olacaq.
Beləliklə, rekord IPO şirkətin maliyyə imkanlarını genişləndirsə də, süni intellekt yarışında mövqeyini qorumaq üçün gələcəkdə əlavə kapital cəlb etməsi ehtimalı qalır.
Şəbnəm İbrahimxəlilova