Anthropic üçüncü rübdə təxminən 17 milyard dollar gəlir əldə edib

03.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Claude süni intellekt modellərinin inkişaf etdiricisi olan Anthropic, bu ilin üçüncü rübündə təxminən 17 milyard dollar gəlir əldə etdiyini bildirib.

Anthropic, səhmlərini ictimaiyyətə təqdim etmək məqsədilə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi qeydiyyat bəyannaməsini yeniləyib.Yenilənmiş maliyyə nəticələrinə görə, şirkət 30 sentyabrda bitən üç aylıq dövrdə 16,96 milyard dollar gəlir əldə edib. Şirkətin gəliri ötən ilin eyni dövründə 1,38 milyard dollar olub. Bu dövrdə Anthropic 23,29 milyard dollar xalis zərər qeydə alıb. Şirkət ötən ilin eyni dövründə 12,14 milyard dollar xalis zərər bildirmişdi.

Anthropic, 30 sentyabrda bitən doqquz aylıq dövrdə 33,24 milyard dollar gəlir əldə edib. Bu, ötən ilin eyni dövründəki 2,55 milyard dollar gəlirlə müqayisədə daha yüksəkdir. Şirkət bu ilin ilk doqquz ayında 104,04 milyard dollar xalis zərər bildirib. Anthropic-in 2025-ci ilin eyni dövründə xalis zərəri 25,11 milyard dollar olaraq proqnozlaşdırılıb.

Yenilənmiş sənədlər göstərir ki, 30 sentyabr tarixinə və ondan sonra imzalanmış alqı-satqı və icarə müqavilələri üzrə ümumi öhdəlik təxminən 895,4 milyard dollar təşkil edib. Bu məbləğin demək olar ki, hamısı hesablama gücü və infrastrukturla bağlıdır. 26 oktyabrda Anthropic, ictimai səhmlərə çıxmaq niyyəti ilə SEC-ə qeydiyyat bəyannaməsi təqdim edib.

SEC-in hesabatında şirkətin Nasdaq-da "ANT" ticarət nişanı altında A sinifli adi səhmlər təklif etməyi planlaşdırdığı bildirilib. Anthropic şirkətinin maliyyə nəticələri haqqında məlumatları da özündə əks etdirən sənəddə şirkətin 2026-cı ilin ilk altı ayında 16,3 milyard dollar gəlir əldə etdiyi, eyni dövrdə isə 80,7 milyard dollar xalis zərər göstərdiyi qeyd olunur.

Şirkətin illik xalis zərəri 2025-ci ildə 41,97 milyard dollar, 2024-cü ildə 8,31 milyard dollar və 2023-cü ildə 1,53 milyard dollar olaraq qeydə alınıb.

M.MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью