“Anthropic”dən 750 milyard dollarlıq plan

21.10.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


ABŞ-nin süni intellekt şirkəti “Anthropic” gələcək illərdə əlavə hesablama gücü əldə etmək üçün 750 milyard dollar xərcləyə bilər.

“Bakupost” xəbər verir ki, şirkət 2026-cı ilin ilk yarısında 80,7 milyard dollar zərər edib. Bunun 72 milyard dolları maliyyə alətlərinin dəyərindəki dəyişikliklərdən yaranan mühasibat xərcləri ilə bağlıdır.

Şirkətin qarşıdakı 7–10 ildə bulud hesablama xidmətləri üzrə təxminən 450 milyard dollar ödəməli olacağı bildirilir. “Anthropic”in süni intellekt modellərini inkişaf etdirmək üçün çiplərə, məlumat mərkəzlərinə və işçi heyətinə əlavə maliyyə ayırması gözlənilir.

Vüsalə Hüseynova,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью