Antiazərbaycan qüvvələr hətta COPa mane olmaq istədilər Deputat

07.11.2024

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Bu günlərdə təqvimimizin ən parlaq günlərini yaşayırıq. Biz yenidən Qarabağlı Azərbaycan olduq. Bunun təşəbbüsçüsü İlham Əliyevdir".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

"Bütün dünya siyasət və ədalətli müharibəni gördü. Anti-azərbaycan qüvvələr bilsin ki, bütün cəhdləri boşdur, onlar əbəs yerə özlərini yorurlar. Bu qüvvələr qeyri-humanistliyini göstərdilər, ancaq bilmirlər ki, dünya onlardan ibarət deyil. Hətta COP-a mane olmaq istədilər, amma bacarmadılar", - deyə deputat vurğulayıb.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью