Antibiotik əvəzinə təbii vasitələrdən istifadə edin Həkim məsləhəti | Icma.az
Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq. Payız və qış ayları zökəm xəstəliklərinin ən çox yayıldığı dövrdür.
Xüsusilə immun sistemi zəif olanlar bəzi xəstəliklərə qarşı həssas olurlar.
Soyuq aylar ərzində bir neçə dəfə virus infeksiyalarına yoluxanlar antibiotiklərdən istifadə etmək məcburiyyətində qalırlar.
Lakin bu preparatlardan tez-tez istifadə etmək heç də arzuolunan deyil.
AZƏRTAC bildirir ki, bu barədə məlumat verən həkim-fitoterapevt Elnur Eldaroğlu deyib: "Antibiotiklər, əslində, bakteriyaları məhv etmək üçün nəzərdə tutulan dərman preparatlarıdır.
Tənəffüs sistemi, bağırsaq, böyrək və sidik yolları xəstəlikləri zamanı antibiotiklərdən geniş istifadə olunur.
Lakin xəstəlikdən asılı olaraq antibiotiklər dəyişir və onun uzun müddət istifadəsi düzgün deyil.
Antibiotiklər mikrobların artıb törəməsinin qarşısını alan, onları məhv edən maddədir.
Tam oxu
Xəbəri oxu