Antibiotik kursu bitdikdən sonra uşağın ümumi orqanizminin bərpası

27.01.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bakterial infeksiyalar adətən yüksək hərarət, ishal, öskürək və baş ağrıları ilə keçir. Orqanizmin immun sisteminin üzərinə böyük yük düşür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində pediatr Aynur Adıgözəlova deyib.

Onun sözlərinə görə, orqanizm xəstəliklə mübarizə aparmaq üçün bütün imkanlarını səfərbər edir:

“Buna görə də, uşaqda ananı narahat edən əzginlik, halsızlıq, yorğunluq, yuxusuzluq və əhvalın düşməsi kimi hallar baş verir.  Çox vaxt valideynlər bunu antibiotiklərin ağırlaşması kimi dəyərləndirir və əlavə müalicəyə ehtiyac olduğunu dşünür. Əksər hallarda, sağlam və ağırlaşmamış keçən xəstəliklərdən sonra xüsusi dərman müalicəsinə ehtiyac olmur. Düzgün qidalanma, düzgün yuxu rejimi və kifayət qədər maye qəbulu sayəsində uşağın orqanizmi özünü tədricən pərpa edir”.

A.Adıgözəlova bildirib ki, antibiotiklər bir çox bakterial infeksiyaların müalicəsində əvəzolunmaz olsa da, bu dərmanlar xəstəlik törədən bakteriyalarla yanaşı eyni zamanda uşaq orqanizmində mühüm rol oynayan faydalı mikroorqanizmlərə də təsir edə bilir:

“Bəzi uşaqlarda antibiotik qəbulundan sonra bağırsaq mikroflorasının da prossesə cəlb olunması nəticəsində bağırsaq dizbakteriozu yaranır. Bu zaman bağırsaq mikroflorasını bərpa etmək üşün probitik və prebiotiklərin qəbulu mütləqdir. Eyni zaqmanda qatıq, kefir kimi fermentləşdirilmiş qidalarda da faydalıdır. Bəzən valideynlər özləri tələb edir ki “uşağım immunitetini gücləndirək”.  

Pediatr bildirib ki, amma əgər uşaqda hansısa yanaşı simptom və laborator analizlərin cavabında bizi narahat edəcək durum yoxdursa, biz tərəfdən heç bir əlavə preparat təyin olunmur. Onun sözlərinə görə, bəzən antibakterial terapiya zamanı yenə də vəziyyəti dəyərləndirərək paralel təyin olunan preparatlar olur təbii ki.

"Amma bu individual xarakter daşıyır və hər uşağa tətbiq olunmur. Xəstəlik ərəfəsində uşağın əzgin və halsız olması normaldır. Bunun səbəbi antibiotik qəbulu deyil. Daha çox yüksək hərarət, boğaz və baş ağrıları yaxud üzücü öskürək dir. Amma kifayət qədər yuxu, təmiz havada gəzinti və yaşa uyğun fiziki aktivlik orqanizmin özünü yeniləməsini sürətləndirir. Valideynin əsas vəzifəsi bu dövrdə uşaq üçün sakit və qayğıkeş mühütü yaratmaq və ən əsası özünün soyuqqanlılığıdır”, - deyə Aynur Adıgözəlova əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью