Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda xəstəyə dərmanın allergik reaksiyasının yoxlanılması üçün dəridaxili sınağının vurulması üsulu geniş yayılıb, amma bu, doğru deyil.
Dəriyə dərmandan sınaq qoymaqla orqanizmin allergiya reaksiyasını təyin etmək düzgün deyil.
Trend.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov deyib.
Onun sözlərinə görə, əhali üçün vacib məsələlərdən biri dərman preparatlarından istifadədir.
Baş allerqoloq deyib ki, bəzən dərman vasitələri insanda ağır fəsadlara gətirib çıxarır.
Bunun ən ağır formalarından biri anafilaktik şokdur: "Orqanizmin dərman vasitəsinə reaksiyasını xəstədən soruşmadan ona sınaq vurulur.
Bəzən valideynlər də uşaqlarına özbaşına antibiotiklər vurdururlar. Lakin bu, bəzən xəstədə ağırlaşmalar yaradır.