Antidopinq maarifləndirmə seminarı keçirildi

11.08.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) təlim-məşq bazasında federasiyanın növbəti "Antidopinq maarifləndirmə" seminarı keçirilib.

Fanat.Az xəbər verir ki,  AAF-ın baş həkimi Hüsniyyə Kərimovanın keçdiyi təlimdə yığmanın məşqçilər heyəti və idmançılar iştirak ediblər.

Seminar zamanı antidopinq sahəsində tətbiq olunan qaydalar, idmançıların hüquqları, nümunələrin götürülməsi və başqa məsələlərlə bağlı iştirakçılara geniş məlumat verilib. Daha sonra təlimçi tərəfindən məşqçi və idmançıların sualları cavablandırılıb.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью