Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır. 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəza
"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, protokollar 25 hüquqi və 8 fiziki şəxsi əhatə edib.
İnzibati xətaların mahiyyəti istehsal qüsurlu və keyfiyyətsiz məhsulun dəyişdirilməməsi və yaxud qaytarılmaması, qeyri-qida məhsulunun onun üzərində göstərilmiş qiymətdən baha satılması, satışda olan malların qiymətlərinin manatla göstərilməməsi, vətəndaşlarla bağlanılan müqavilələrdə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərt daxil edilməsi, menyunun qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması, istehlakçının hesabda aldadılması, sifariş verilmiş bağlamanın bəyan edilmiş müddətdə çatdırılmaması, eləcə də müxtəlif nöqsanlarla bağlı Dövlət Xidmətinin yazılı göstərişinə əməl edilməməsi olub.
Bizim WhatsApp kanalımıza abunə olun Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.