Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi AZAL ın bu qərarına münasibət bildirməlidir EKSPERT

18.09.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Hava limanının digər taksilərdən “təmizlənməsi” addımı bazarda rəqabət qaydalarını pozmaqla yanaşı dövlət təsisatlarının öz səlahiyyətlərindən sui-istifadə edərək özəl sektoru sıxışdırması kimi dəyərləndirilməlidir. Dövlət şirkəti olan AZAL digər dövlət şirkəti – AZCON Holdinqə məxsus “Bakı Taksi Xidməti” MMC ilə razılığa gələrək aeroport ərazisində monopoliya yaradırlar və özəl sektoru dövlət obyekti olan aeroportdan kənarlaşdırırlar”. 

Gununsesi.info bildirir ki, bunu iqtisadçı ekspert Samir Əliyev Heydər Əliyev Hava Limanına kənar taksilərin butaxılmaması və buraya məxsus taksilər üçün baha qiymət elan etməsi qərarını şərh edərkən deyib.

Samir Əliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ona verilmiş vəzifə və səlahiyyətləri yerinə yetirərək məsələyə müdaxilə etməlidir.

Afət Abbasova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью