Antiloplara görə işıqfor quraşdırıldı

11.06.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Çinin Sinxay əyalətində Tibet antiloplarına görə "Kelesili" qoruğunun ərazisindən keçən yolda xüsusi işıqfor quraşdırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu üsulla sürücülərin yolu keçən antilop sürülərinə yol verməsi tələb olunur.

Məsələ burasındadır ki, ildə 2 dəfə minlərlə antilop bu yolu keçməyə məcburdur. Maydan iyula qədər onlar Çjonayxu gölü istiqamətində köç edir. Qışa doğru isə artıq balaları ilə geri qayıdırlar.

Qeyd edək ki, nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan Tibet antilopları dəniz səviyyəsindən 5500 metr yüksəklikdə yaşaya bilən nadir məməli heyvanlardandır.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью