Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır. Müasir insanı antiperspirantsız təsəvvür etmək mümkün deyil.
Antiperspirantın istifadəsi adi gündəlik gigiyenik prosedurlardan biridir.
Bu vasitə insanlara özlərini daha rahat və arxayın hiss etməyə imkan verir.
Lakin insanların əksəriyyəti bilmir ki, bu vasitədən süi-istifadə edilməsi onların sağlamlığına zərər yetirə bilər.
Tərləmə təbii bir prosesdir ki, bunun nəticəsində insan orqanizmi toksiki maddələrdən azad olur.
Digər tərəfdən tərləmə insanın normal bədən hərarətinin saxlanmasına kömək edir. Tər xüsusi tər vəzilərindən ifraz olunur.
Tər vəziləri insan dərisinin bütün səthi boyu yerləşir, bəzi yerlərdə bu vəzilərin sayı daha az, bəzi yerlərdə isə (məsələn, qoltuğaltı, alın, pəncə nahiyələrində) daha çox yerləşir.
Antiperspirantın tərkibində olan maddələr (əsasən - allüminium xlorhidratı) tər vəzilərini qapayır və nəticədə tər buradan ifraz olunmur.