Antiqua və Barbudanın Baş naziri Azərbaycana gəlib

10.11.2024

Icma.az, Operativmedia saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braun BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью