Antiqua və Barbudanın Baş naziri Azərbaycana gəlib

10.11.2024

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braun BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycana səfərə gəlib.

Yeniavaz.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью