Antirekordlar klubu Tottenhem

14.04.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Tottenhem" Premyer Liqa matçında növbəti məğlubiyyətini alıb.

Apasport.az xəbər verir ki, "Spurs" 32-ci turda "Vulverhempton"a uduzub - 2:4.

Beləliklə, komanda çempionatda artıq 17 məğlubiyyət alıb. 2003/04 mövsümündən sonra bu, klub üçün ən pis nəticədir (19).

Həmçinin, “Tottenhem” iki autsayder “Lester” və “Sauthempton”dan sonra cari Premyer Liqa mövsümündə 10 və ya daha çox səfər oyununda məğlub olan üçüncü komandadır.

Qeyd edək ki, növbəti mərhələdə londonlular doğma meydanda "Nottingem Forest"i qəbul edəcək. Görüş aprelin 21-də baş tutacaq.

“Beşiktaş” konqresində gərginlik - KEÇMİŞ PREZİDENT YUMRUQLANDI - VİDEO Yamal üçün 400 milyon avroluq təklif Messi daha 1 il ABŞ klubunda qalacaq “Siti” Braziliya millisinin üzvünü istəyir - 80 milyon avronu gözdən çıxarıb İtaliyada mərc qalmaqalı – Argentinalılar diskvalifikasiya oluna bilər
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью