Antisanitar vəziyyətdə işləyən kafe aşkarlandı

14.02.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Zaqatala şəhəri, Ç.Atalov küçəsində fiziki şəxs Fəryad Fərhad oğlu İbrahimova məxsus “Fəryad” ictimai iaşə müəssisəsində yoxlama aparıblar.

Agentlikdən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb.

Faktla bağlı iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью