Antiterror döyüşlərindən sağ çıxdı, Rusiya Ukrayna müharibəsində həlak oldu

22.12.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

"Unikal"ın məlumatına görə, Rusiya ordusunun sıralarında döyüşlərdə iştirak edən 1997-ci il təvəllüdlü Ramin Abdullayev həyatını itirib.

Mərhum Goranboy rayonunun Xoylu kəndində torpağa tapşırılıb.

R.Abdullayev 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirlərində iştirak edib və yaralanıb.

Anar Kəlbiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью