Antiterror əməliyyatından yeni görüntü “Mülki camaatla işimiz yoxdur”+Video

19.09.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Antiterror əməliyyatlarının iştirakçısı Kamal Cavadlı döyüşlərlə bağlı xatirələrində qalan bəzi hadisələrdən danışıb.

“Qafqazinfo” AzTV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, yaddaşında qalan epizodlardan biri axtarışlar zamanı baş verib.

“Bu ərazidə düşmənin terrorçu bölmələri var idi. Ərazini zərərsizləşdirdikdən sonra evin içərisindən yaşlı bir qadının qışqırığını eşitdik. Evə daxil olanda yaşlı bir qadını çarəsiz vəziyyətdə, çarpayıda uzanmış halda gördük. Doğmaları onu atıb getmişdilər. Ona “Narahat olma. Bizim sizinlə, mülki camaatla işimiz yoxdur. Biz sənə heç nə etməyəcəyik. Səni aparacağıq, müalicə etdirəcəyik dedik”, - deyə o əlavə edib.

Daha ətraflı süjetdə:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью