Anton Krivotsyuk Azərbaycan Premyer Liqasına qayıdır

22.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Azərbaycan milli komandasının üzvü Anton Krivotsyuk ölkəmizə qayıda bilər.

Apasport.az saytına verilən məlumata görə, millimizin müdafiəçisinə "Sabah" maraq göstərir.

Masazır təmsilçisinin yerli transfer siyahısında Krivotsyuk da yer alıb. Lakin Krivotsyukun bu təklifə münasibəti hələ ki, tam bəlli deyil.

26 yaşlı müdafiəçi 2023-cü il fevral ayında Cənubi Koreyanın "Tedjon Xana" klubu ilə 2+1 illik müqavilə imzalamışdı. O, indiyə qədər "Neftçi" və "Visla" (Plotsk) klublarında oynayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью