Anton sonadək oynadı, komandası zirvədə qaldı

30.03.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Futbol üzrə Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” “Qvanqju”nu qəbul edib.

Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Start "11-lik"də yer alan Krivotsyuk 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, 6 tura 13 xal toplayan “Daejeon” turnir cədvəlinin zirvəsində mövqe tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью