Antonelli ABŞ Qran prisində Formula 1 tarixinin ən gənc çempionu ola bilər

23.10.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli ABŞ Qran-prisinin nəticələrinə əsasən "Formula 1" tarixinin ən gənc dünya çempionu ola bilər.

Avtosfer.az xəbər verir ki, bunun üçün 20 yaşlı pilot komanda yoldaşı, britaniyalı Corc Rasselli 23 xal, "Ferrari" pilotu Lüis Hemiltonu 14 xal, "Red Bull" təmsilçisi, niderlandlı Maks Ferstappeni isə 6 xal qabaqlamalıdır.

Hazırda rekord almaniyalı Sebastyan Fettelə məxsusdur. O, dünya çempionu titulunu 23 yaş 134 günlük olarkən qazanıb.

Antonelli "RacingNews365" nəşrinə açıqlamasında çempionluğun yaxın olduğunu anladığını, lakin maksimum nəticə göstərməyə davam etməli olduğunu bildirib:

"Bu imkanı görürəm, amma sadəcə əlimdən gələnin ən yaxşısını etməyə davam etməliyəm. Mövqeyim dəyişməyib: trasa çıxmaq, qələbə uğrunda mübarizə aparmaq və maksimum nəticə göstərmək".

ABŞ Qran-prisinin yarış həftəsonu cümə günü Texas ştatının Ostin şəhərindəki "Amerikalar dairəsi" avtodromunda başlayacaq.

Bakı vaxtı ilə saat 21:30-da ilk sərbəst yürüş, şənbə günü saat 01:00-da isə ikinci sərbəst yürüş keçiriləcək. Şənbə günü saat 21:30-da üçüncü sərbəst yürüş, bazar günü saat 01:00-da sıralanma turu baş tutacaq. Əsas yarış isə bazar ertəsinə keçən gecə, saat 00:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью