Antonelli Bakıdakı şənbə yarışında vəziyyəti düzəldəcəyinə ümid edir

26.09.2026

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mercedes"in pilotu, çempionatın lideri Kimmi Antonelli bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində mövqeyini xeyli yaxşılaşdıracağına ümid edir.

Qaynarinfo xəbər verir ki, dünənki təsnifat mərhələsindən sonra Antonelli yalnız 16-cı yerdən start götürəcək.

"Dünən mən səhvə yol verdim, lakin nəticə çıxardım. Bu gün vəziyyəti düzəltmək üçün imkanlar olacaq, çünki maşınımız sürətlidir. Ümid edirəm ki, mövqeyimi xeyli yaxşılaşdıra biləcəyəm", - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью