Antoni İspaniyaya qayıda bilər

25.08.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Yunayted"in futbolçusu Antoni İspaniyaya qayıda bilər.

Apasport.az xəbər verir ki, "Betis" braziliyalı vingeri yenidən heyətinə qatmaq üçün səylərini davam etdirir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

La Liqa klubu Antoni üçün "Mançester Yunayted"lə danışıqlar aparır. Tərəflərin anlaşmağa yaxın olduğu bildirilir.

Qeyd edək ki, Antoni ötən mövsümün ikinci yarısında icarə əsasında "Betis"in formasını geyinib. Braziliya millisinin üzvü olan 25 yaşlı futbolçu "yaşıl-ağlar"ın heyətində meydana çıxdığı 26 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə  ilə yadda qalıb.

Portuqaliya millisinin üzvü addım-addım "Beşiktaş"a Rıdvan Yılmaz: "Hər şey üçün çox darıxmışdım" "Tottenhem"ə yox dedi, sabiq klubu hərəkətə keçdi "Atalanta"nın forvardı "Beşiktaş"da Belçikalı qolkiper "Yunayted"in radarında
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью