Antonio Konte “Napoli”dən ayrıla bilər

21.04.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 aprel, AZƏRTAC

İtaliyanın “Napoli” komandasının baş məşqçisi Antonio Konte vəzifəsindən istefa verə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə 55 yaşlı mütəxəssis İtaliya mətbuatına açıqlamasında deyib.

O, Neapol təmsilçisində özünü xoşbəxt hiss etdiyini, lakin bəzi məsələləri dəqiqləşdirmək lazım olduğunu söyləyib: “Rəhbərliklə çox yaxşı münasibətim var. Amma azarkeşlər bizdən daim qələbə gözləyirlər. Onlar uğursuz nəticə olduğu zaman qəzəblənirlər. Mən hər şeyi hesablamalıyam, axmaq deyiləm. Oyunçulara çox təzyiq göstərirəm, amma döyüşmək üçün düzgün silahlara ehtiyacım var. Bir sözlə, özümə qarşı hörmət gözləyirəm, möcüzələrə bel bağlaya bilmərəm".

Qeyd edək ki, "Napoli" 31 turdan sonra 71 xalla A Seriyasının turnir cədvəlində "İnter"lə birgə liderliyi bölüşür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью