Antonio qəzada aldığı sınıq səbəbindən 1 il forma geyinməyəcək

09.12.2024

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Vest Hem"in hücumçusu Maykl Antonio qəza zamanı ayağının sınması səbəbindən əməliyyat olunduqdan sonra bir il yaşıl meydanlardan uzaq qalacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Qeyd olunub ki, Antonio dekabrın 7-də qəza keçirib.

Futbolçunun idarə etdiyi avtomobilə ciddi ziyan dəyib. Futbolçu helikopterlə xəstəxanaya aparılıb.

Daha sonra klub futbolçunun vəziyyətinin stabil olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью