Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Paris İqlim Razılaşmasına əsaslanan beynəlxalq əməkdaşlıq iqlim dəyişikliyinin qarşısını almağa yönələn tədbirlərin müəyyənləşdirilməsi üçün son dərəcə vacibdir".
APA-nın məlumatına görə, bunu videoformatda keçirdiyi mətbuat konfransında BMT-nin baş katibi Antonio Quterreş deyib.
O əlavə edib ki, ölkələr hazırda COP29-un yekun sənədinin razılaşdırılması işində zamanla yarışır: "Belə olan halda hər bir ölkənin hökumətinə xalqı ekoloji cəhətdən təmiz elektrik enerjisi ilə təmin etmək imkanları verilməli və dövlətlər bu növ enerjinin üstünlüyündən yararlanmalıdır.
Bu amil eyni zamanda zərərli tullantıların atmosferə atılmasını əhəmiyyətli dərəcədə azaltmaqla, ölkələri iqlim böhranından qorunmasına şərait yaradacaq və xalqlar arasında etimadı möhkəmləndirəcək".
A. Qutterreş həmçinin ölkələr adından müzakirələrdə iştirak edən nümayəndə heyətlərinin üzvlərinə müraciət edib:"Sizin hər biriniz tutduğunu
Çünki bəşəriyyət üçün etibarlı və layiqli həyat səviyyəsinin təminatı məhz bundan keçir.
Onu da bildirmək istəyirəm ki, razılaşdırılması tələb olunan vəsait təkcə maliyyə vasitəsi deyil, həm də gələcəyin təbii fəlakət və dağıntılardan qorunmasına imkan verəcək investisiyadır.