Antonio Quterreş Sudanda artan gərginliklə bağlı çağırış etdi

25.01.2025

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Sudanın paytaxtı Xartumun şimalında yerləşən Cili neft emalı zavodu ətrafında və Darfurdakı Faşir bölgəsində münaqişənin şiddətlənməsindən narahatlığını ifadə edib və tərəfləri təmkinli olmağa çağırıb.

SİA-nın məlumatına görə, Antonio Quterreş tərəfləri Sudan və region üçün ciddi iqtisadi və ekoloji nəticələrə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.

Mülki əhalinin və mülki infrastrukturun qorunması, habelə humanitar yardımın təmin edilməsi ilə bağlı beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri xatırladan Antonio Quterreş deyib: “Sudanlı qadınlar, uşaqlar və kişilər münaqişə tərəflərinin davam edən hərbi əməliyyatlarının bədəlini ödəyirlər.”

Tərəfləri dialoqa çağıran Antonio Quterreş münaqişənin yalnız əhatəli siyasi proses vasitəsilə həll oluna biləcəyini vurğulayıb.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

Brayan Hyuz İsrail ilə Livan arasındakı atəşəslə bağlı bəyanat verdi

Dünya

Zelenski: ABŞ-ın Ukraynaya hərbi yardımı davam edəcək

Dünya

Sudan ordusu Xartumun Bəhri bölgəsinə doğru irəliləyir

Dünya

Türkiyə XİN: ''Kolumbiyadakı hadisələri narahaqlıqla izləyirik''

Dünya

Boluda hoteldə baş verən yanğında xəsarət alan 44 nəfər evə buraxılıb

Dünya

Hakan Fidan sabah İraqa səfər edəcək

Dünya

Makronun arvadı kişidir?

Dünya

Çin Putindən müharibəni dayandırmağı tələb edə bilər..?

Dünya

Ərdoğan nazirliyin 29 yüksək vəzifəli məmurunu vəzifədən azad edib

Dünya

“HƏMAS” 15 minə qədər adamını öz sıralarına cəlb edib

Dünya

ABŞ xarici ölkələrə yardımı dayandırdı

Dünya

Pit Heqset Pentaqonun yeni rəhbəri vəzifəsinə təsdiqlənib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью