Antonio Quterreşdən COP29la bağlı PAYLAŞIM FOTO

15.11.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ölkəmizdə keçirilən COP29 tədbiri ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, "X" sosial platformasında edilən paylaşımda deyilir: 

"COP29-da iştirak edən gənc iqlim fəallarına mesajım var - mən sizə güvənirəm, siz də mənə arxalana bilərsiniz. Bizə iqlim dəyişiklikləri ilə mübarizə üçün güclü gənclər hərəkatına ehtiyacımız var - indi isə bu ehtiyac daha da artıb".

"Böhran iqlimi həyatımızın ən mühüm mübarizəsidir. Biz isə bu mübarizədə qalib gəlməliyik", - deyə Antonio Quterreş paylaşımda əlavə edib.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью