Antonio Quttereş: BMT nin 7 əməkdaşı dərhal...

25.01.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları tərəfindən qanunsuz şəkildə saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir.

Bu barədə BMT-nin baş katibi Antonio Quttereş “X” platformasındakı paylaşımında bildirib.

“Husi üsyançılarının qanunsuz saxladığı 7 BMT əməkdaşının dərhal və qeyd-şərtsiz azad edilməsini, habelə əvvəllər saxlanılan və hələ də tutulmuş şəxslərin azad edilməsini tələb edirəm. BMT personalı və tərəfdaşları, vəzifələrini yerinə yetirərkən hədəf alınmamalı, həbs olunmamalı və ya saxlanılmamalıdır”, - deyə Quttereş paylaşımında vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью