Antonio Rudiger uzun müddətə cəzalana bilər

27.04.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Real"ın müdafiəçisi Antonio Rudiger İspaniya kubokunun finalında "Barselona" ilə oyunun sonunda hakimə hücum etmək cəhdinə görə uzunmüddətli cəza ala bilər.

Kilian Mbappenin qırmızı vərəqə aldığı epizoddan sonra Rudiger özündən çıxıb və hakimin üstünə gedib. Komanda yoldaşları onu dayandırıblar. Bundan başqa müdafiəçi ehtiyat oyunçular skamyasından hakimə buz torbası atıb.

Qeyd edək ki, İspaniya kubokunun həlledici qarşılaşması "Barselona"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью