Antoniu Quterriş Gürcüstan prezidentinə məktub göndərdi

25.01.2025

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Gürcüstan BMT-nin dəyərli tərəfdaşıdır və mən ümumi məqsədlərimizə çatmaq üçün əməkdaşlığımızın dərinləşdirilməsini səbirsizliklə gözləyirəm”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu fikirlər BMT Baş katibi Antoniu Quterriş Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə ünvanladığı təbrik məktubunda yer alıb.
Baş katib M.Kavelaşvilini Gürcüstan prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona vəzifəsinin icrasında uğurlar arzulayıb.
Qeyd edək ki, M.Kavelaşvili ötən ilin dekabrın 14-də Gürcüstanın prezidenti seçilib. O, dekabrın 29-da dövlət başçısı kimi and içib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью