Antoniu Quterriş İsraili qınayıb | Icma.az
Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AzVision.az xəbər verir ki,bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.
“Baş katib UNRWA-ya qarşı İsrailin beynəlxalq hüquq, o cümlədən BMT Nizamnaməsi və Birləşmiş Millətlər Təşkilatının İmtiyazları və İmmunitetləri Konvensiyasından irəli gələn aydın öhdəliklərinə zidd olan eskalasiya hərəkətlərini tamamilə qəbuledilməz sayır”, - Fərhan Hak deyib.
Onun sözlərinə görə, Antoniu Quterriş İsrail hökumətini kompleksin sökülməsi prosesini dayandırmağa, həmçinin onu bərpa etməyə və BMT-nin nəzarətinə qaytarmağa çağırır.
Bndan əvvəl İsrailin “Kan” dövlət televiziyası İsrail hakimiyyətinin Qüdsdə əvvəllər UNRWA ofisinin yerləşdiyi binanı sökməyə başladığı barədə məlumat yayıb.
İsrail Şərqi Qüdsü öz ərazisi kimi tanıyır, ona görə də agentliyin yəhudi dövlətinin ərazisində fəaliyyətini qadağan edən qanuna uyğun olaraq, ölkənin quru idarəsi təşkilatın baş qərargahının yerləşdiyi təxminən 4,6 hektar ərazini zəbt etdiyini açıqlayıb.
UNRWA-nın rəhbəri Filipp Lazzarini qərargahın sökülməsi qərarını pisləyərək, bunu “beynəlxalq hüquqa açıq və bilərəkdən etinasızlığın yeni səviyyəsi” adlandırıb.
Xatırladaq ki, keçən ilin oktyabr ayında BMT məhkəməsi İsrailə fələstinlilərin əsas ehtiyaclarını ödəməyi tapşırmışdı.
Tam oxu
Xəbəri oxu