Antuan Semenyo: “Hakimlərə qarşı daha aqressiv olmalıyıq”

27.06.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Qana hücumçusu Antuan Semenyo komandasının hakimlərə daha çox təzyiq göstərməli olduğunu söyləyib.

İdman.Biz xəbər verir ki, DÇ-2026-da İngiltərə ilə ikinci tur matçında hakim Said Martines İngiltərənin müdafiəçisi Ezri Konsa Qananın hücumçusu Prins Adunı yıxdıqdan sonra penalti təyin etməyib.

“Oyunçular olaraq, hakimi əhatə etməli və narazılığımızı bildirməliyik. Düşünürəm ki, komanda olaraq hakimlərə qarşı daha aqressiv olmalıyıq, istər meydandakı oyunçuların təzyiqi, istərsə də məşqçilərin dördüncü hakimə təzyiqi olsun”, - deyə “Mundo Deportivo” Semenyonun sözlərini sitat gətirir.

DÇ-2026 11 iyun - 19 iyul tarixləri arasında keçirilir. Qana qrup mərhələsinin son oyununda (28 iyun) Xorvatiya ilə qarşılaşacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью