Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Mançester Siti"nin yeni transferi Antuan Semenyo klubun tarixinə düşməyi bacarıb.
Fanat.Az xəbər verir ki, qanalı hücumçu "şəhərlilər"in heyətində çıxdığı ilk iki matçın hər birində qol vurmağa nail olub.
Bununla da Semenyo, 2009-cu ildə Emmanuel Adebayordan sonra "Mançester Siti" forması ilə ilk iki oyununda fərqlənən ilk futbolçu kimi rekordu təkrarlayıb.
Gənc hücumçunun bu performansı "sky blue" tərəfdarları arasında böyük həyəcan yaradıb.
Kamil Xudiyev