Antuanetta Stefanova: Günay Məmmədzadə gözəl, istedadlı şahmatçıdır

30.04.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Mən Günay Məmmədzadəni çoxdan tanıyıram. O, gözəl, istedadlı şahmatçıdır».

İdman.biz-ə açıqlamasında bunu Bakıda keçirilən “Çempionların savaşı” turnirində iştirak edən sabiq dünya çempionu Antuanetta Stefanova deyib.

Bolqarıstanlı şahmatçı rapid və blits üzrə keçirilən turnirlərin yekununda Azərbaycan çempionuna uduzub. "Burada təkcə idman komponenti vacib deyildi. Milli Xalça Muzeyində keçirilən görüşümüzə şahmat həvəskarlarının göstərdiyi marağı hiss etdim. Yarış bu baxımdan şahmatın gözəl təbliğatı idi", deyə - Stefanova bildirib.

O, Azərbaycan Şahmat Federasiyasının gələcək layihələrində iştirakdan şad olacağını qeyd edib.

Zəki Feyzullayev
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью