Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Benfika” yayda klubla müqaviləsi başa çatan Anxel Di Mariyaya yeni müqavilə təklif etməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı futbolçu mövsümün sonunda “Benfika”dan ayrılacaq və azad agent statusunda olacaq.
Təcrübəli futbolçu bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.