Anxelinyo İspaniyaya qayıdır?

30.07.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın “Deportivo” klubu “Roma”nın müdafiəçisi Anxelinyonun keçidi ilə bağlı razılıq əldə edib.

Futbolpress.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb. 29 yaşlı ispaniyalı futbolçunun romalılarla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı cinah müdafiəçisinin transfer dəyərini 4,5 milyon avro kimi qiymətləndirir.

Anxelinyo paytaxt təmsilçisinin heyətində meydanda olduğu 80 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu karyerası ərzində “Leyptsiq”, PSV, “Mançester Siti”, “Qalatasaray”, “Malyorka”, “Breda” və “Hoffenhaym” kimi komandaların şərəfini qoruyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью