AP: ABŞ Ukraynaya yeni hərbi yardım göndərəcək

02.12.2024

Icma.az, Sherg.az saytına istinadən bildirir.

ABŞ administrasiyası Ukraynaya piyada əleyhinə minalar da daxil olmaqla 725 milyon dollar dəyərində daha bir silah paketi göndərməyə hazırlaşır.

Sherg.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

Nəşrin məlumatına görə, hərbi yardım paketinə həmçinin dron əleyhinə sistemlər və HIMARS yayılım atəşi sistemləri üçün sursatlar daxil olacaq.

Nəşrin mənbələri ATACMS taktiki ballistik raketlərin paketə daxil edilib-edilməyəcəyi haqda məlumat verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью