APA TV də “Paradoks”: Niyə özümüzü aldadırıq?

25.11.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

İnsanları həqiqətən tanıyırıq, yoxsa onlar haqqında ilk təəssüratlarımıza inanırıq? Niyə bəzən köməyə ehtiyacı olan şəxsin yanından laqeyd keçirik? İnsan bilmədiyi mövzuda niyə özünə həddindən artıq güvənir?

Lent.az APA TV-yə istinadən xəbər verir ki, “Paradoks” layihəsinin ikinci buraxılışı insan davranışlarına təsir edən üç maraqlı psixoloji fenomenə həsr olunub.

Verilişdə insanların başqalarından kömək gözləyərək hadisəyə müdaxilə etməməsi (“Bystander effekti”), ilk təəssürat əsasında insan haqqında ümumi fikir formalaşdırması (“Halo effekti”) və bilikləri məhdud olan şəxslərin öz bacarıqlarını olduğundan yüksək qiymətləndirməsi (“Dunning–Kruger effekti”) barədə danışılır.

Layihənin məqsədi gündəlik həyatda çox vaxt fərqinə varmadığımız psixoloji hadisələri izah etmək, insanları düşünməyə və öz davranışlarını sorğulamağa təşviq etməkdir.

“Paradoks”un ikinci buraxılışını təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью