APA TV də yeni veriliş “PARADOKS”

17.11.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

APA TV-də “PARADOKS” adlı yeni veriliş başlayır.

İntellektual-analitik formatda hazırlanan veriliş insan, cəmiyyət və tarixlə bağlı müxtəlif ziddiyyətlərin araşdırılmasına həsr olunub.

Proqramda fəlsəfə, hüquq, psixologiya, tarixi hadisələrlə bağlı mövzulara toxunulur. İnsan davranışlarını və ictimai prosesləri izah edən psixoloji sindromlar, elmi effektlər, sosial və fəlsəfi nəzəriyyələr elmi faktlar, tarixi nümunələr və real həyat hadisələri əsasında təhlil edilir.

Verilişdə insanların qərarlarına təsir edən amillər, cəmiyyətdə formalaşmış stereotiplər, fərdi və kollektiv davranışların səbəbləri, eləcə də tarixdə və müasir dövrdə müşahidə olunan paradoksal hadisələr diqqət mərkəzində olacaq.

“PARADOKS”un əsas məqsədi cəmiyyətdə qəbul edilmiş fikirlərə və hadisələrə fərqli baxış təqdim etmək, tamaşaçıları mövcud təsəvvürləri sorğulamağa və tənqidi düşünməyə təşviq etməkdir.

Hüquqşünas Şamil Paşayevin təqdimatında yayımlanan proqramda mürəkkəb elmi və fəlsəfi anlayışların geniş auditoriya üçün anlaşılan formada izahına da xüsusi yer ayrılacaq.

“PARADOKS” verilişinin ilk buraxılışını təqdim edirik.

“Ramayana” Britaniyanı fəth etdi: Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı "Dostların üzlərini su pərdəsi arxasından görmək..." - Tadeuş Borovskidən "Çayın adları" Atın boynu əriyir, fəhlələr yox olur... - 33 yaşında faciəvi şəkildə ölən dahinin sirri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью