Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında daha bir diqqətçəkən təyinat olub.
Mia.az-ın əldə etdiyi məlumata əsasən, ötən ay Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri vəzifəsindən ayrılan Qalib Qasımov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya şöbəsində sektor müdiri vəzifəsinə təyinat alıb: "Bu barədə AHİK sədri Sahib Məmmədov mayın 1-də əmr imzalayıb".
Xatırladaq ki, həmin tarixdə KTN-dən uzaqlaşdırılan mətbuat katibi Vüqar Hüseynov Media və Kommunikasiya şöbəsinin müdiri, ləğv olunan Sosial Tədqiqatlar Mərkəzinin keçmiş mətbuat katibi Tural İsmayılov isə mütəxəssis təyin olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin