Aparıcı başından güllələnib Türkiyədə (FOTOLAR)

16.11.2024

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə xəbər aparıcısı başından güllələnib.

Mia.az Türkiyə mətbuatına istandla xəbər verir ki, hadisə Elazığda baş verib.

Məlumata görə, Vahap Selim Çetin adlı şəxs şəhərdə fəaliyyət göstərən "Kanal Fırat" telekanalında əsas xəbərlər buraxılışının əməkdaşı olan Semra Demirelli anasının yanında başının arxasından güllələyib.

Elazığın Abdullahpaşa məhəlləsi 263-cü küçədə baş verən hadisədən sonra Vahap Səlim Çətin qaçıb: "Jurnalist isə xəstəxanaya aparılıb. Hazırda həyatına təhlükə davam edir. Hadisə yerindən qaçan Selim Çetin isə Elazığ-Bingöl yolunun Akçakiraz bölgəsində intihara cəhd edib. O, həmin tapança ilə özünü vuraraq öldürüb".

Xəbərdə deyilir ki, onlar sevgili olublar: "Hadisə şəxsi münasibətlər zəminində baş verib..."

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью