Aparıcı Messiyə görə istefa verdi

19.06.2026

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Argentinalı televiziya aparıcısı Florensiya Penya canlı yayımda səhvən Xorxe Messinin vəfat etdiyini elan etdikdən sonra istefa verib.

"AzPolitika" "L'Équipe"yə istinadən xəbər verir ki. yanlış xəbər ona "Luzu TV" kanalının “El Show del Verano” proqramı zamanı rejissor heyəti tərəfindən qulaqlığı vasitəsilə ötürülüb.

Florensiya Penya baş verənlərdən dərhal sonra Lionel Messi və ailəsindən üzr istəyib. Futbolçusunun anası Seliya Mariya Kuççittini ilə əlaqə saxlayıb. Bildirilir ki, Messinin anası onun üzrünü qəbul edib.

Qeyd edək ki, argentinalı ulduzun Əlcəzair yığması ilə qarşlaşan zamanı ağlaması diqqət çəkib. 

Məlum olub ki, onun atasının sağlığında problemlər var. Artıq bir neçə aydır çox ciddi sağlamlıq problemi ilə mübarizə aparır.

Lionel Messinin ailəsi bildirir ki, Xorxe Messi hazırda həkim nəzarəti altındadır, müalicə alır və yaşadığı vəziyyət çərçivəsində müsbət irəliləyiş göstərir.

"AzPolitika.info" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью