Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aparıcı Mikayıl Güləddinoğlu müğənnilik fəaliyyətinə başlayıb.
Milli.Az xəbər verir ki, o, müğənni Esmira Mehizadə adlı müğənni ilə birgə hazırladığı "Sən necəsən?" adlı yeni duetini dinləyicilərə təqdim edib. Sözügedən mahnı işıq üzü görüb və qısa müddət ərzində sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.
Mikayıl Güləddinoğlu ilk ifası olan yeni bəstəyə klip də çəkdirib.
Mahnı və klipin sosial şəbəkələrdə paylaşılmasından sonra izləyicilər aparıcının müğənnilik fəaliyyətinə başlamasına müxtəlif münasibət bildiriblər. Onun ilk ifası maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)