Aparıcı müğənnini yeni həbslə hədələdi Video

27.01.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müğənni Rəqsanə İsmayılova və aparıcı Səidə Bəkirqızı arasında yaranan qalmaqal davam edir.

Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, müğənninin səsləndirdiyi sərt fikirlərdən sonra aparıcı barəsində yalan məlumat yayıldığını deyib.

Səidə Bəkirqızı bildirib ki, məsələ ilə bağlı hüquqi müstəvidə müvafiq addımlar atılacaq:

“Əgər mən bu məsələni kiminsə xətrinə bağışlasam, atamın verdiyi çörək, anamın südü mənə haram olsun, bu həyatda məndən alçaq adam yoxdur. Dediklərini sübut etməsə, onun başını çox pis ağrıdacam.

Mən faktı göstərir və onun üzərindən danışıram. Heç kimin şərəf və ləyaqətini alçaltmıram, heç kimin əxlaqına toxunmuram. Amma qırmızı xəttə toxundunsa, mütləq cavab verəcəksən.

Bu, təzminat davası olmayacaq. Çünki mən şərəfimi və ləyaqətimi nə 50 minə, nə də 100 minə sataram. Yalan informasiya yaymağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 6 aya qədər həbs cəzası nəzərdə tutulur. Hara qədər lazımdırsa, ora qədər gedəcəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью